“Cənubi Qafqaz: 1903-cü il xəritəsi erməni iddialarının əsassız olduğunu sübut edir
Çar Rusiyasının tərtib etdiyi “Cənubi Qafqaz: 1903-cü il” xəritəsi ermənilərin Azərbaycana qarşı iddialarının əsassız olduğunu bir daha sübut edir.
Bu fikirlər “Azərbaycan Respublikasının Milli Atlası" və "Cənubi Qafqaz: 1903-cü il" xəritəsinin təqdimat mərasimində səsləndirilib. Dövlət torpaq və xəritəçəkmə komitəsinin sədri Qərib Məmmədovun sözlərinə görə, 1903-cü ildə hazırlananan xəritə, Milli Atlas Azərbaycana qarşı hər zaman torpaq iddiası aparan və özlərini aborigen xalq kimi təqdim edən ermənilərə sanballı cavabdır. Bu faktlar hazırkı Ermənistan ərazisində olan bütün tarixi adların Azərbaycana məxsus olduğunu bir daha sübut edir.
Milli Atlasın digərlərindən fərqi odur ki, burada Azərbaycanın bütün həyatı kompleks şəkildə əks olunub. Atlasda sənaye, təhsil, tarix və digər istiqamətlər üzrə məlumatlar yer alıb. Özündə böyük məlumat bankını təşkil edən "Azərbaycan Respublikasının Milli Atlası" 19 bölmə, 444 səhifədən ibarətdir.
"Cənubi Qafqaz: 1903-cü il" xəritəsi isə 3 dildə - Azərbaycan, ingilis və rus dillərində yenidən çap edilib.
