00:00:00
Yazar
Admin User
29.10.2025 19:26 146 2 dəq oxuma
Sosial

Cənubi Qafqazda hərbi balans və regional təhlükəsizliyin gələcək perspektivləri

Cənubi Qafqazda hərbi balans və regional təhlükəsizliyin gələcək perspektivləri

Cənubi Qafqaz regionunda — yəni Azərbaycan, Ermənistan və Gürcüstan ətrafında — hərbi və geosiyasi balansda son illər ciddi dəyişikliklər müşahidə olunur.

 

Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan bu prosesdə mühüm rol oynayır və son illər bir çox ölkələrlə ortaq hərbi təlimlər keçirib:

 

“Bu təlimlər həm Azərbaycan ordusunun, həm də tərəfdaş ölkələrin hərbi təcrübəsini artırır. Birgə əməliyyatlar zamanı müasir silahların tətbiqi və yeni texnologiyaların sınaqdan keçirilməsi hərbi sahədə inteqrasiyanı gücləndirir. Xüsusilə Türkiyə ilə birgə həyata keçirilən layihələr çərçivəsində yeni silah sistemlərinin istehsalı həyata keçirilir ki, bu da Azərbaycanın müdafiə sənayesinin inkişafına ciddi töhfə verir. Azərbaycanın hərbi uğurları və ordunun peşəkarlığı beynəlxalq səviyyədə də diqqət mərkəzindədir. İsrail tərəfi də Azərbaycanın hərbi potensialını yüksək qiymətləndirir və regionda sülhməramlı missiyalarda Azərbaycan hərbçilərinin iştirakında maraqlıdır. Çünki Azərbaycan ordusu qısa zamanda antiterror əməliyyatlarında böyük uğurlar əldə edib və bu, onun beynəlxalq nüfuzunu artırıb. Bu gün Azərbaycan ordusu regionun ən peşəkar və döyüş qabiliyyətli ordularından biri hesab olunur. Cənubi Qafqazda sabitliyin təmin olunması üçün dövlətlərin balanslı siyasət yürütməsi və regional əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi vacibdir. Onun fikrincə, hərbi modernləşmə ilə yanaşı, qarşılıqlı etimad mühitinin formalaşdırılması da təhlükəsizliyin əsas təminatlarından biridir. Azərbaycanın müdafiə strategiyası təkcə öz təhlükəsizliyinin qorunmasına deyil, həm də regionda sülh və sabitliyin təmin olunmasına yönəlib. Gələcəkdə Cənubi Qafqazda dayanıqlı təhlükəsizlik yalnız əməkdaşlıq, qarşılıqlı hörmət və güc balansının qorunması ilə mümkündür”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər