00:00:00
Yazar
Zəhra Həsənova
27.08.2026 20:32 260 1 dəq oxuma
Siyasət

CON RETKLİFF MOSKVAYA NİYƏ GETDİ? - AÇIQLAMA

CON RETKLİFF MOSKVAYA NİYƏ GETDİ? - AÇIQLAMA

Kreml ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya gəldiyini təsdiqləyib. Səfərin iki ölkənin kəşfiyyat orqanları arasında əlaqələrlə bağlı olduğu bildirilir. Lakin digər detallar açıqlanmayıb. Rusiya-Ukrayna müharibəsində gərginliyin artması fonunda bu səfər bir sıra suallar doğurur.

 

Mövzu ilə bağlı "İnformator.az" ARB24'ə istinadən xəbər verir ki, politoloq Rəşad Bayramovun fikrincə, Ukrayna ilə Rusiya arasında diplomatik təmasların aradan qalxdığı və danışıqların dalana dirəndiyi dövrdə bu səfərin gerçəkləşməsi, ilk olaraq bu səfərin həmin müharibə ilə bağlı olduğu qənaəti formalaşdırır:

 

"Əgər kəşfiyyat şefi səfər edirsə, deməli, burada birbaşa kəşfiyyat məlumatlarıyla bağlı məsələ var. Bu, Rusiyanın cəbhəni genişləndirmək niyyətiylə bağlı ola bilər. Əsasən, Moskvanın sonrakı mərhələdə Ukrayna istiqamətində hansı addımlar atacağı da diqqət mərkəzindədir".

#yeni #ni̇yə #azərbaycan #getdi̇? #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər