00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
27.11.2026 20:59 75 1 dəq oxuma
Siyasət

“Sülh körpüsü” çərçivəsində komitələrin yaradılması dialoqun genişlənməsinə töhfə verə bilər

“Sülh körpüsü” çərçivəsində komitələrin yaradılması dialoqun genişlənməsinə töhfə verə bilər

 

Azərbaycan və Ermənistan cəmiyyətləri arasında qarşılıqlı etimadın gücləndirilməsi, stereotiplərin zəiflədilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki,“Sülh körpüsü” təşəbbüsü çərçivəsində komitələrin yaradılması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində dialoq və qarşılıqlı təmasların genişləndirilməsi baxımından əhəmiyyətli addım ola bilər. 
 

“Belə platformalar tərəflər arasında fikir mübadiləsinə, mövcud narahatlıqların müzakirəsinə və etimadın formalaşdırılmasına şərait yaradır. Komitələrin ekologiya,iqtisadiyyat, infrastruktur, humanitar məsələlər, media, təhsil və gənclərlə iş kimi istiqamətlərdə fəaliyyət göstərməsi dialoqun daha konkret mövzular üzrə aparılmasına imkan verəcək. Bu, tərəflərin yalnız siyasi məsələləri deyil, gündəlik həyatda qarşılaşdıqları problemləri və əməkdaşlıq imkanlarını da müzakirə etməsi baxımından əhəmiyyətlidir”.


Politoloq qeyd edib ki,belə təşəbbüslər sülh prosesinin cəmiyyətlər səviyyəsində də möhkəmlənməsinə töhfə verə bilər. 
 

Əsas məqsəd qarşılıqlı etimadın artırılması, stereotiplərin zəiflədilməsi və dialoq vasitəsilə fikir ayrılıqlarının müzakirə olunmasıdır. Bununla belə, vətəndaş cəmiyyəti platformalarının fəaliyyəti dövlətlərarası siyasi qərarları əvəz etmir, onları tamamlayan bir mexanizm kimi çıxış edir.Hesab edirəm ki, “Sülh körpüsü” çərçivəsində komitələrin yaradılması dialoqun daha sistemli və davamlı xarakter alması baxımından yeni mərhələdir. Bu fəaliyyətin real nəticələr verməsi isə müzakirələrin konkret təkliflərə, qarşılıqlı addımlara və uzunmüddətli əməkdaşlığa çevrilməsindən asılı olacaq.


Nurgün Qənizadə

#gündəm #verə #çərçivəsində #körpüsü” #töhfə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər