00:00:00
Yazar
Admin User
25.02.2015 11:21 568 1 dəq oxuma
Siyasət

Corciya qubernatoru Xocalı soyqrımının tanınması ilə bağlı ilk rəsmi sənəd imzalayıb

ABŞ-ın Corciya ştatının qubernatoru Natan Dil Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat imzalayıb.
Corciya qubernatoru Xocalı soyqrımının tanınması ilə bağlı ilk rəsmi sənəd imzalayıb

ABŞ-ın Corciya ştatının qubernatoru Natan Dil Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat imzalayıb.

N.Dil 23 il bundan əvvəl Xocalıda baş vermiş qətliamla əlaqədar Corciya ştatı adından kədərini ifadə edərək, bu faciəvi günü yad edənlərə qoşulduğunu bildirib.

Bəyanatda qeyd olunur ki, 1992-ci ildə Azərbaycanda törədilən bu amansız qətliam nəticəsində 600-dən çox mülki insan həyatını itirib. Gələcəkdə belə dəhşətli hadisələrin baş verməməsi üçün bu kimi faciəvi günlərin yad edilməsi olduqca önəmlidir.

Qubernator Xocalı qətliamının ildönümü ilə bağlı tədbirlərin təşkilini təqdir edərək bildirir: “Qoy belə faciələrin tariximizin səhifələrini bir daha ləkələməsinə heç zaman yol verilməsin”.

Bu, Corciya qubernatoru tərəfindən Xocalı soyqırımının tanınması ilə bağlı imzalanmış ilk rəsmi sənəddir.

AZƏRTAC

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər