00:00:00
Yazar
Ayan Sadi
18.11.2026 23:12 42 2 dəq oxuma
Araşdırma

COVID-19-dan sonra qoxu hissi niyə bərpa olunmur? 

COVID-19-dan sonra qoxu hissi niyə bərpa olunmur?

COVID-19-a yoluxduqdan sonra bəzi insanlarda qoxu hissinin uzun müddət bərpa olunmaması müşahidə edilir. Bu halın virusun burun daxilində qoxu reseptorlarına təsiri ilə əlaqəli olduğu bildirilir. Bəs qoxu hissinin uzun müddət itirilməsi hansı səbəbdən baş verir və bu vəziyyət insanın həyatına nə dərəcədə təsir edir?

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında professor Adil Qeybulla bildirib ki, virusların burun daxilində böyük miqdarda toplanması qoxu reseptorlarının zədələnməsinə səbəb ola bilər:

 

“Bu virusların ümumiyyətlə burun daxilində ilkin böyük miqdarda toplanması və bütövlükdə orada daha böyük sahəni zədələməsi qoxu reseptorlarının tam sıradan çıxmasına gətirib çıxarır. Bu, qripdə də olur, amma koronavirusda daha çox səciyyəvidir”.

 

Professorun sözlərinə görə, qoxu reseptorlarının zədələnməsi səbəbindən bəzi hallarda qoxu hissinin bərpası uzun müddət çəkə, hətta tam bərpa olunmaya bilər:

 

“Ona görə də uzun müddət bu reseptor hissiyyatı bərpa olmur və ola da bilər ki, olmasın”.

 

Adil Qeybulla qeyd edib ki, qoxu hissinin itirilməsi insanın əsas hissiyyatlarından birinin funksiyasını itirməsi deməkdir:

 

“Qoxu hissiyyatının olmaması beş insan analizatorundan birinin olmaması deməkdir. Məsələn, insan eşitməyə bilər, görməyə bilər, dad bilməyə bilər, qoxu bilməyə bilər. Bu cür hissiyyatın, məsələn, sensor hissiyyatın itməsi mümkündür”.

 

Professor vurğulayıb ki, qoxu hissinin itirilməsi birbaşa həyat üçün ciddi təhlükə yaratmasa da, insanın gündəlik yaşamına və həyat keyfiyyətinə təsir göstərir:

 

“Bunun həyat üçün ciddi riski yoxdur, amma hər halda həyat keyfiyyətini aşağı salan bir əlamətdir. Yəni yaşam keyfiyyətini aşağı salması baxımından qiymətləndirilə bilər”.

 

Süsən Mərdalıqızı

#baki #qoxu #niyə #sonra #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər