Cərrah Mürsəl Qarayevin doğum günüdür
Bu gün ölkəmizin tanınan cərrahlarından biri, öz peşəsinə və insanlığa sədaqəti ilə seçilən Mürsəl Qarayevin doğum günüdür. Onun adı tibb ictimaiyyətində həm peşəkarlığın, həm də insani dəyərlərin rəmzinə çevrilib.
Mürsəl Qarayev uzun illərdir ki, insanların sağlamlığı uğrunda fədakarcasına çalışan, cərrahiyyə sahəsində böyük təcrübə toplayan mütəxəssisdir. O, təkcə əməliyyat otağında deyil, həm də pasiyentlərlə münasibətində səmimiyyəti, diqqəti və mərhəməti ilə tanınır. Onun üçün həkimlik sadəcə peşə deyil-həyat missiyasıdır.
Mürsəl Qarayevin fəaliyyəti gənc həkimlər üçün də örnəkdir. O, daim tibbi biliklərin yenilənməsi, texnologiyaların tətbiqi və pasiyent məmnuniyyətinin yüksəldilməsi istiqamətində çalışır. Hər bir əməliyyat onun üçün bir məsuliyyət, bir insan taleyinə göstərilən qayğıdır.
Bu gün onu tanıyanlar, həmkarları və müalicə etdiyi insanlar Mürsəl Qarayevin doğum gününü səmimi sözlərlə qeyd edirlər. Çünki onun əlləri bir çox insanlara həyat, ailələrə isə ümid bəxş edib.
Mürsəl Qarayevə doğum günü münasibətilə uzun ömür, sağlamlıq və yeni uğurlar arzulayırıq. Onun həyat yolu-elmə, fədakarlığa və insan sevgisinə həsr olunmuş bir ömür hekayəsidir.
Banuçiçək Məmmədova
