Cüdoçu Riner Fransa prezidentliyinə namizədliyini irəli sürəcək
37 yaşlı fransız cüdoçu, 5 qat olimpiya çempionu Teddi Riner Fransa prezidentliyinə namizədliyini irəli sürəcək.
"İnformator.az" xəbər verir ki, o bu barədə "Le Parisien" nəşrinə müsahibəsində bildirib.
T.Riner deyib ki, bu, fransızları birləşdirmək məqsədi daşıyan diqqətlə düşünülmüş qərardır.
"Ölkəmizdəki çətinliklərlə barışmaq geri çəkilmək deməkdir. Mən seyrçi qalmaqdan imtina edirəm. Mən 2027-ci il prezident seçkilərində öz namizədliyimi irəli sürürəm. Sınaqların öhdəsindən gəlmək üçün Fransaya tələbkarlıq, sağlam düşüncə və kollektiv güc lazımdır. Biz təslim olmuruq", - Riner bildirib.
Bu gün o, "Arzuladığımız Fransa" şüarı altında öz seçkiqabağı saytını istifadəyə verərək, arzu edən hər kəsi bu mübarizədə ona qoşulmağa çağırıb.