00:00:00
Yazar
Admin User
01.10.2025 11:03 107 2 dəq oxuma
Sosial

CV-ni necə effektiv yazmaq olar?

CV-ni necə effektiv yazmaq olar?

CV iş axtarışında insanın ilk təqdimatıdır. Yaxşı yazılmış CV işəgötürənin diqqətini cəlb edir və müsahibəyə dəvət almaq şansını artırır.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında karyera məsləhətçisi İlkin Məmmədkərimov bildirib ki, CV-də ən çox səhvlər məhz məlumatların tam şəkildə qeyd edilməməsi, bəzən də "şişirdilmiş" məlumatların qeyd olunmasıdır:


"CV-də iş axtarışında olan şəxs ilk növbədə öz təcrübəsini qeyd etməlidir. Əgər heç bir yerdə işləməyibsə, öz şəxsi keyfiyyətlərini qeyd etməlidir ki, bu da ümumilikdə, işəgötürənin diqqətini cəlb edir. Məsələ burasındadır ki, şəxsi keyfiyyətlər qeyd edib, buna görə də müsahibəyə dəvət alırlar. Çünki müsahibədə "Bizi sizi niyə görə işə götürməliyik? Sizin şəxsi keyfiyyətləriniz hansılardır? kimi suallar verilir.


CV-ni peşəkar şəkildə hazırlamaq çox önəmlidir. Bəzən insanlar özləri hazırlayırlar, bu isə düzgün deyil. Çünki bu sahədə ixtisaslaşmış şirkətlər var. Yaxşı olardı ki, bu şirkətlərə müraciət etsinlər və CV-ni professional şəkildə hazırlatsınlar ki, HR-nin (eyçarın) diqqətini çəksin və müsahibəyə dəvət alsınlar.


CV-də ən çox səhvlər-şəxsi məlumatların tam şəkildə qeyd edilməməsi və bəzən də "şişirdilmiş" məlumatların qeyd olunmasıdır. İş təcrübəsinin düzgün yazılmamasına da rast gəlinir. Şəxsi keyfiyyətlər bölməsində isə şəxsin öz haqqında reallığı əks etdirməyən məlumatların yazılması da müşahidə olunur. Çünki bəzən həmin şəxsdə qeyd etdiyi kefiyyətlər əslində olmur. Bunu sadəcə işə götürülsün deyə qeyd edir.


Yəni məlumatların düzgün şəkildə qeyd olunması çox önəmlidir."


Samirə Allahverdizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər