D-8 ölkələrinin media sahəsində əməkdaşlığının genişləndirilməsi üzrə Bakı Bəyannaməsi qəbul edilib
D-8 ölkələrinin media sahəsində əməkdaşlığının genişləndirilməsi üzrə Bakı Bəyannaməsi qəbul olunub.
"İnformator.az" ın məlumatına görə, sənəd Bakıda "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda keçirilən D-8 Media Forumu çərçivəsində qəbul edilib.
Bəyannamədə iştirakçılar Azərbaycan Prezidenti İlham Əliyevə D-8-in möhkəmləndirilməsində liderliyi və töhfələrinə görə minnətdarlıq ifadə edib, həmçinin bütün üzv dövlətlərin, xüsusilə də informasiya nazirliklərinin, milli media orqanlarının və agentliklərinin fəal iştirakını qeyd ediblər. Sənəd D-8 ölkələri arasında qarşılıqlı anlaşma, regional həmrəylik və birgə inkişaf məqsədlərinin təşviqi üçün media əməkdaşlığının gücləndirilməsi öhdəliyini təsbit edir.
