00:00:00
Yazar
Admin User
16.04.2025 11:07 351 1 dəq oxuma
İqtisadiyyat

Dövlət Agentliyi: I rübdə 56 min manata yaxın vəsait istehlakçılara qaytarılıb

Dövlət Agentliyi: I rübdə 56 min manata yaxın vəsait istehlakçılara qaytarılıb

Bu ilin I rübündə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi istehlakçılardan daxil olan 1 462 müraciətə baxıb.

 

İnformator.az” agentliyə istinadən xəbər verir ki, təmin olunmuş 595 müraciət əsasında 55 608 manat vəsait istehlakçılara qaytarılıb.

 


“İstehlakçı hüquqlarının qorunmasına yönələn tənzimləyici tədbirlər istehlakçıları bazarda qarşılaşa biləcəkləri ədalətsiz biznes təcrübələrindən qoruyur. Rəqabətli bazar şəraitinin inkişafını stimullaşdırmaqla istehlakçıların iqtisadi gücünü və seçim imkanını artırır”, - məlumatda qeyd olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər