00:00:00
Yazar
Admin User
03.02.2026 16:00 65 2 dəq oxuma
Siyasət

Dövlət başçısı Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşüb

Dövlət başçısı Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əbu-Dabiyə səfəri çərçivəsində Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü baş tutub. Görüşdə dinlərarası dialoq, İslam dünyasında həmrəylik, tolerantlıq və mənəvi dəyərlərin təşviqi kimi məsələlərin müzakirə edildiyi bildirilir. Azərbaycanın multikulturalizm və dini dözümlülük sahəsində yürütdüyü siyasət beynəlxalq platformalarda maraqla qarşılanır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Ülviyyə Zülfüqar bildirib ki, Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri çərçivəsində Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü Azərbaycanın beynəlxalq müstəvidə təşviq etdiyi multikulturalizm və mənəvi dəyərlər siyasətinin növbəti təzahürüdür:

 

“Bu görüş bir daha göstərir ki, Azərbaycan dini və mədəni müxtəlifliyin qorunmasını, mənəvi dəyərlərə hörmət prinsipini yalnız daxili ictimai model kimi deyil, həm də qlobal dialoqun vacib elementi kimi təqdim edir. Müsəlman Ağsaqqalları Şurası dinlərarası anlaşmanın təşviqi, radikalizmə qarşı mübarizə və mənəvi dəyərlərin qorunması istiqamətində fəaliyyət göstərən nüfuzlu platformalardan biridir. Azərbaycanın uzun illərdir formalaşdırdığı zəngin dəyərlər mühiti, multikulturalizm modeli isə bu istiqamətdə praktik nümunə kimi diqqət çəkir. Bu baxımdan tərəflər arasında fikir mübadiləsi real təcrübəyə əsaslanan əməkdaşlıq imkanlarından meydana gəlir. Belə təmaslar İslam dünyasında dialoq və həmrəyliyin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət rəhbərliyi ilə dini-mənəvi platforma arasında qurulan bu əlaqə dini institutların sülh və həmrəylik mesajlarının daha geniş auditoriyaya çatdırılmasına, eyni zamanda bu çağırışların siyasi səviyyədə dəstəklənməsinə şərait yaradır. Azərbaycanın müxtəlif beynəlxalq dini və mədəni forumlara ev sahibliyi etməsi bu sahədə artıq institusional təcrübənin formalaşdığını göstərir”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər