00:00:00
Yazar
Admin User
20.11.2025 16:08 90 1 dəq oxuma
Sosial

Dövlət hesabına verilmiş ipoteka kreditlərinin məbləği açıqlanıb

Dövlət hesabına verilmiş ipoteka kreditlərinin məbləği açıqlanıb

Bu günə qədər Azərbaycanda dövlət vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin məbləği 3,7 milyard manat təşkil edib.


"İnformator.az" İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki, bu barədə Fondun "2024-2026-cı illər üzrə Kommunikasiya strategiyası"na uyğun olaraq daşınmaz əmlak sahəsində ixtisaslaşmış ekspertlərlə keçirilən görüş zamanı bildirib.

 

Qeyd edib ki, bu məbləğin 1 milyard 16 milyon manatı güzəştli ipoteka kreditlərinin payına düşür.

 

Yaşayış maliyyəsi alətlərinə həsr olunmuş görüşdə Fondun vəsaiti hesabına ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mənzil mexanizminə dair təqdimatlar edilib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış İpoteka və Kredit Zəmanət Fondu Qafqaz bölgəsinin ilk ipoteka bazarı operatorudur. Dövlət vəsaiti hesabına 2006-ci ildən ipoteka kreditlərinin, 2007-ci ildən isə güzəştli ipoteka kreditlərinin verilməsinə başlanılıb.

 

Eyni zamanda, 2020-ci ildən başlayaraq satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara kirayə mənzillər təqdim olunur. Ötən dövrdə mexanizm çərçivəsində Bakı, Sumqayıt şəhərləri, habelə Abşeron rayonu üzrə 17 müxtəlif ünvanda kirayə mənzillər vətəndaşların seçiminə təqdim edilib.


İndiyə qədər Fondun həyata keçirdiyi ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi vasitəsilə 64 647 ailənin mənzil şəraiti yaxşılaşıb. Bu çərçivədə 56 190 ipoteka krediti verilib və 8 457 vətəndaşla satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlanılıb. Fondun yaşayış maliyyəsi alətləri vasitəsilə mənzil şəraitini yaxşılaşdıranların 70 %-ə yaxını gənclər və gənc ailələrdir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər