00:00:00
Yazar
Admin User
09.01.2026 16:47 82 1 dəq oxuma
Sosial

Dövlət maliyyəsində rəqəmsallaşma

Dövlət maliyyəsində rəqəmsallaşma

Maliyyə Nazirliyi “Elektron Ciddi Hesabat Blankları Sistemi” çərçivəsində 44 adda ciddi hesabat blankının tam elektronlaşdırılmasını nəzərdə tutur. Yeni yanaşma dövlət maliyyə sistemində kağız daşıyıcılardan istifadənin minimuma endirilməsinə, sənədləşmə proseslərinin sürətləndirilməsinə və maliyyə əməliyyatlarına nəzarət mexanizmlərinin gücləndirilməsinə yönəlib.

 

Elektronlaşdırma prosesi dövlət orqanları və tabeli qurumlar arasında məlumat mübadiləsinin daha çevik formada həyata keçirilməsinə imkan yaradacaq. 

 

Layihə Prezident İlham Əliyevin 25 avqust 2025-ci il tarixli fərmanına uyğun olaraq həyata keçirilən “Rəqəmsal dövlət maliyyəsi” konsepsiyasının tərkib hissəsidir. Bu konsepsiya çərçivəsində dövlət maliyyə idarəçiliyini əhatə edən vahid və inteqrasiya olunmuş platforma formalaşdırılır.

 

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, ümumi götürdükdə bu, müsbət bir tendensiyadır:

 

“ Elektronlaşdırılmış hesabatlılığın geniş yayılması şəffaflığın artırılması baxımından vacib addımlardan biridir. Bu proses, məlumatların daha sürətli ötürülməsi, saxlanması və emalı baxımından da üstünlüklər yaradır.

 

Amma bu addım yetərlidirmi? Təbii ki, yox. Sadəcə sənədlərin elektronlaşdırılması sistemli islahatların bir hissəsidir və bu, bütövlükdə idarəetmə, hesabatlılıq və nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə xidmət etməlidir. Əsas məsələ bu sistemlərin effektiv işləməsi və real şəffaflığın təmin olunmasıdır”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər