00:00:00
Yazar
Admin User
02.02.2026 15:25 83 2 dəq oxuma
Sosial

Dövlət xəstəxanalarında növbə problemi niyə dərinləşir?

Dövlət xəstəxanalarında növbə problemi niyə dərinləşir?

Dövlət xəstəxanalarında uzun növbələr və tibbi xidmətə çıxışda yaranan çətinliklər ictimai narazılığı artıran əsas problemlərdən biridir.

 

Mövzu ilə bağlı “İnformator.az”a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) açıqlama verib:

 

“TƏBİB-in apardığı təhlillər göstərir ki, növbələrin yaranması kütləvi kadr çatışmazlığı ilə bağlı deyil. Dövlət tibb müəssisələrində fəaliyyət göstərən həkimlərin sayı, ümumilikdə, xidmət həcminə uyğun şəkildə qorunur və son dövrlərdə kadr təminatı üzrə ardıcıl addımlar atılır.

Əsas amillər müraciətlərin çoxluğu və qeyri-bərabər paylanması, xüsusilə müəyyən ixtisaslar və saat aralıqları üzrə sıxlığın artmasıdır.

 

Mövsümü xarakter daşıyan müraciətlərin artması, səhər saatlarında daha çox müraciətin qeydə alınması uzun növbələrə səbəb ola bilir. Bu səbəbdən növbələr daha çox xidmətə tələbatın intensivliyi ilə əlaqədardır. Elektron növbə sistemləri şəffaflıq, planlama və nəzarət baxımından vacib alətdir. Bu sistemlər pasiyent axınının idarə olunmasına, qəbul prosesində subyektiv müdaxilələrin qarşısının alınmasına, real statistik məlumatların toplanmasına imkan yaradır.

 

Lakin elektron sistemlər müraciətlərin sayını azaltmır, sadəcə mövcud tələbatı daha nizamlı şəkildə idarə edir.

 

Bu istiqamətdə yayılan fikirlərin əksinə olaraq, dövlət tibb müəssisələrindən işdən ayrılan həkimlərin sayı kifayət qədər azdır və bu amil növbə probleminin əsas səbəbi hesab edilə bilməz.

Əksinə, dövlət sektorunda gənc kadrların cəlb olunması, rezidentura məzunlarının mərhələli şəkildə işə qəbulu, həkimlərin iş şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu proses sistemin dayanıqlılığına xidmət edir.

 

TƏBİB artıq bir sıra praktiki tədbirləri edir və bu tədbirlər mərhələli şəkildə genişləndirilir:

 

İlkin müraciət və yönləndirmə mexanizmlərinin təkmilləşdirilməsiQəbul saatlarının optimallaşdırılması

• Təkrar və əsassız müraciətlərin azaldılması

• Rəqəmsal məlumatlandırmanın gücləndirilməsi

• Tibb müəssisələri üzrə iş yükünün balanslaşdırılması

• İlkin səhiyyənin inkişafı ilə xəstəxanaların iş yükünün azaldılması, pasiyent axınının daha səmərəli idarə olunması və tibbi maarifləndirmənin əhatəsinin genişləndirilməsi. Bu məqsədlə artıq ölkənin ilkin səhiyyə üzrə konsepsiyası hazırlanıb.

• Tibb müəssisələrinin səmərələşdirilməsi və resursların optimal istifadəsi istiqamətində tədbirlər həyata keçirilir ki, müraciətlərin bölgələr üzrə balanslı paylanması mümkün olsun.

• Gələcək perspektivdə süni intellekt həlləri ilə “E-təbib” tətbiqi üzərindən pasiyentlərin olduqları yerdən ailə həkimi ilə ilkin kommunikasiya quraraq doğru həkimə və doğru tibb müəssisəsinə yönləndirilməsi imkanları təhlil olunur. Bu yanaşma dünyada uğurlu nümunələrə əsaslanır və TƏBİB də əldə olan böyük data bazasını süni intellekt alqoritmləri ilə birləşdirərək xidmətlərin daha optimal idarə olunmasını hədəfləyir.

 

Bu tədbirlər nəticəsində pasiyentlərin gözləmə müddətinin azaldılması və xidmətin daha çevik təşkili hədəflənir".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər