00:00:00
Yazar
Admin User
01.09.2015 06:14 478 1 dəq oxuma
Siyasət

Döyüş helikopterləri Azərbaycan səmasında

“TurAz Qartalı - 2015” təlimlərinə döyüş helikopterləri də qoşulub.
Döyüş helikopterləri Azərbaycan səmasında

“TurAz Qartalı - 2015” təlimlərinə döyüş helikopterləri də qoşulub.

İnformator Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2015” birgə taktiki təlimləri bu gün də davam edib.

Təlimlərdə aviasiya qüvvələrinə məxsus Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, eləcə də Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edir.

Təlimlərin ssenarisinə əsasən helikopterlər uçuşlar keçirməklə Hava Hücumundan Müdafiə bölmələrinə qarşı radiomaneələrin tətbiqi və helikopterlərin bort müdafiə komplekslərinin yoxlanılması üzrə verilən tapşırıqları icra ediblər.






#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər