00:00:00
Yazar
Admin User
16.02.2015 07:18 562 1 dəq oxuma
Sosial

​Dünya maliyyə təşkilatlarının hesablarından 1 milyard dollar oğurlanıb

Son iki il ərzində isə kibercinayətkarlar qrupunun fəaliyyəti nəticəsində dəyən ziyanın məbləği bir neçə yüz milyon dollarla ölçülür
​Dünya maliyyə təşkilatlarının hesablarından 1 milyard dollar oğurlanıb

Beynəlxalq hakerlər qrupu dünyanın bir çox yerində maliyyə təşkilatlarının hesablarından ümumilikdə 1 mlrd. ABŞ dolları həcmində vəsait oğurlayıb.“TASS” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə “Kasperski laboratoriyası” şirkətinin Avropol və İnterpol ilə apardığı birgə təhqiqatın yekunlarında deyilib.

Son iki il ərzində isə kibercinayətkarlar qrupunun fəaliyyəti nəticəsində dəyən ziyanın məbləği bir neçə yüz milyon dollarla ölçülür.

Məlumatda qeyd olunub ki, ekspertlərin ehtimallarına görə, insidentin arxasında Rusiya, Ukrayna, bir sıra Avropa ölkələri, eləcə də Çinin kibercinayətkarlarından ibarət beynəlxalq qrup dayanır. Cinayətkar qrupunun fəaliyyətindən təxminən dünyanın 30 ölkəsindən olan bankı, o cümlədən Rusiya, ABŞ, Almaniya, Çin, Ukrayna, Kanada, Honkonq, Fransa, İspaniya, Norveç, Böyük Britaniya və İsveçrə bankları ziyan çəkib.

Ekspertlər müəyyən ediblər ki, daha çox məbləğ bank şəbəkəsinə müdaxilə prosesi zamanı oğurlanıb. Belə ki, hər müdaxilədə kibercinayətkarlar 10 mln. dollaradək pul oğurlaya biliblər. Hakerlər bir bankın oğurlanması - korporativ şəbəkədə ilk kompüterin yoluxdurulmasından pulların oğurlanmasınadək orta hesabla 2-4 saat vaxt sərf ediblər.

Antivirus ekspertləri maliyyə təşkilatlarına şəbəkədə "Carbanak” zərərli proqram təminatının mövcudluğunu yoxlamağı və onun aşkar olunacağı halda hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə ediblər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər