00:00:00
Yazar
Admin User
18.05.2023 08:45 344 1 dəq oxuma
Maraqlı

Dünyanın 7 möcüzəsini 7 gündə gəzdi

Dünyanın 7 möcüzəsini 7 gündə gəzdi

Britaniyalı macəraçı 7 gündən az müddətdə dünyanın 7 möcüzəsini ziyarət edərək dünya rekordu qırıb.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, səyahəti zamanı o, 13 təyyarə, 16 taksi, 9 avtobus və 4 qatar səyahəti edib. Ceymi McDonald adlı bu şəxs səyahətinə Böyük Çin Səddindən başlayıb. Daha sonra Hindistanda Tac Mahal və İordaniyada qqədim Petra şəhərində olub. Oradan Romadakı Kolizeyə keçib. Atlantik okeanını keçən britaniyalı macəraçı Braziliyada Xilaskar Məsihin heykəlinə və Perudakı Maçu Piçu Qədim Şəhərinə çatıb. O, səyahətini Meksikadakı Çiçen İtzaya gedərək tamamlayıb. 

 

McDonald səyahəti zamanı 13 təyyarə, 16 taksi, 9 avtobus və 4 qatarla səyahət edib. O, dünyanın 7 möcüzəsini 6 gün 16 saat 14 dəqiqəyə ziyarət edib. “Macəra Adamı” kimi də tanınan Ceymi Mcdonald 2012-ci ildə Taylanddan İngiltərəyə gedən 22.500 km-lik yolu velosiped sürərək tamamlayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər