Dünyanın ilk çap kitabı Parisdə sərgilənir
Dünyanın ən qədim maşını ilə çap olunmuş yazılı əsəri kimi tanınan "Jikji" 50 ildən sonra Parisdə sərgilənməyə başlayıb.
İnformator.az Euronews-a istinadən xəbər verir ki, 1377-ci ildə Goryeo sülaləsi dövründə Koreyada istehsal edilmiş dünyanın ən qədim kitabı "Jikji" "Böyük Buddist Kahinlərin Zen Təlimlərinin Antologiyası" kimi tanınır.
Jikji mətbəəni icad edən İohannes Qutenberqin Almaniyada çap etdirdiyi ilk kitab olan 42 sətirlik "İncil"-dən 78 il əvvəl Heungdeok məbədində nəşr olunub.
Ziyarətçilər iyul ayına qədər Fransa Milli Kitabxanasında sərgilənən tarixi kitabla tanış ola biləcəklər.
Kitabı çap edən Koreya maşınının heç bir nümunəsi günümüzə qədər çatmayıb. Həmin dövrdə bu texnika geniş tətbiq edilmədiyindən Qutenberqin bu çap tərzindən təsirlənmədiyi məlumdur.
"Jikji" Fransaya 1887-ci ildə ölkənin Koreyadakı ilk səfiri Viktor Kollin tərəfindən gətirilib.
Köhnə sənədlərin kolleksiyaçısı olan diplomat bu kitabı 1911-ci ildə auksionda 181 franka satıb. Bu, hazırda 60.000 avro deməkdir.
1950-ci ildə Fransa Milli Kitabxanasına təhvil verilən kitab ölkəsindən xaricə aparılan tarixi və mədəni əsərlərin arxasınca gedən Cənubi Koreyalı tarixçi tərəfindən yenidən kəşf edilib.
Fatima
