00:00:00
Yazar
Admin User
04.08.2023 11:27 371 1 dəq oxuma
Maraqlı

Dünyanın ən acgöz insanı kmdir? - Hetti Qrin

Dünyanın ən acgöz insanı kmdir? - Hetti Qrin

Dünyanın ən acgöz insanı, xəsisliyi ilə Ginnesin Rekordlar Kitabına düşən Hetti Qrinin hekayəsini bilirsinizmi?

 

Hələ uşaq ikən qəzetlərin maliyyə səhifələrini izləyən Hetti pulu hər zaman çox sevib. Atasının ölümündən qalan mirasını müxtəlif sərmayələr edərək ikiqat artırıb. O, dövründə dünyanın ən zəngin qadınlarından birinə çevrilir. Daha sonra milyarder Edvard Qrin ilə ailə qurur. Bir müddət sonra həyat yoldaşının müflis olaraq bütün sərvətini itirməsi ilə onunla yollarını ayırmağa qərar verir.

 

İki uşaq sahibi olan Hetti oxuduğu qəzetləri yenidən başqalarına satmaq üçün oğluna verirdi. Qəzet satarkən ayağı sınan oğlunun müalicəsini pulsuz etdirmək üçün xəstəxanaya aparır. Amma gecikdirdiyi üçün oğlu bir ayağını tamamilə itirir. 


Təbii ki, Hettinin xəsisliyi bütün bunlarla məhdudlaşmır. Evində qızdırıcı və soba işlətmir, yalnız paltarının çirkli yerlərini yuyurdu. Hər şeyin ən ucuzunu seçərək yaşadığı həyatı 81 yaşında şüşə südün qiymətini müzakirə edərkən bitir.

 

Nuray Qədirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər