00:00:00
Yazar
Admin User
24.12.2025 17:43 79 1 dəq oxuma
Sosial

Dabaq xəstəliyinə qarşı 9,5 milyon manatlıq peyvəndlər alınacaq

Dabaq xəstəliyinə qarşı 9,5 milyon manatlıq peyvəndlər alınacaq

Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün dabaq xəstəliyinə qarşı peyvənd vasitələri alınacaq.

 

Mövzu ilə bağlı baytar Cansu Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, dabaq xəstəliyinə qarşı peyvəndləmə heyvan sağlamlığını qoruyur və kənd təsərrüfatına dəyən böyük iqtisadi zərərin qarşısını alır:

 

“Dabaq xəstəliyi heyvanlar arasında son dərəcə sürətlə yayılan, yüksək yoluxuculuğa malik virus mənşəli xəstəlikdir. Xüsusilə mal-qara, eləcə də qoyun və keçilər bu xəstəliyə qarşı həssasdır. Xəstəlik təkcə heyvanların sağlamlığına deyil, həm də kənd təsərrüfatının ümumi dayanıqlığına ciddi təhlükə yaradır. Yoluxma baş verdikdə heyvanların məhsuldarlığı kəskin azalır, ət və süd istehsalında itkilər yaranır, bəzi hallarda isə heyvanların tələf olması müşahidə edilir. Bu baxımdan profilaktik tədbir kimi peyvəndləmə mühüm əhəmiyyət daşıyır. Sağlam heyvanlara vaxtında və düzgün şəkildə tətbiq olunan dabaq əleyhinə peyvəndlər xəstəliyin yayılmasının qarşısını almaqda ən effektiv üsullardan biridir. Peyvəndləmə yalnız fərdi təsərrüfatları qorumaqla kifayətlənmir, eyni zamanda regional və milli səviyyədə epizootik sabitliyin təmin olunmasına xidmət edir. Ayrılan büdcənin əsas hissəsinin mal-qara və xırdabuynuzlu heyvanların peyvəndlənməsinə yönəldilməsi kənd təsərrüfatına dəyən potensial iqtisadi zərərin minimuma endirilməsinə imkan yaradır. Bu tədbirlər fermerlərin maddi itkilərinin azalmasına, ərzaq təhlükəsizliyinin qorunmasına və ixrac potensialının saxlanılmasına mühüm töhfə verir. Uzunmüddətli perspektivdə isə belə proqramlar kənd yerlərində sosial-iqtisadi sabitliyin möhkəmlənməsinə xidmət edir”.

Fidan Alışova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər