Dağlıq Qarabağ MDB-də həlli ən yaxın olan münaqişədir
Politoloq Mübariz Əhmədoğlu növbəti “Qarabağ saatı”nı keçirib.
Politoloq: “ 2009-cu ildə yenilənmiş Madrid prinsiplərinin sənədi bunu deməyə əsas verir. Ermənistan bu sənədin prinsiplərinin reallaşmasına qarşı olduğundan statuskvo davam edir. Ermənistanın uğursuzluq zolağında olmasının səbəbi özü üçün yaratdığı Dağlıq Qarabağ problemidir. Azərbaycanın isə indiki vəziyyətdə uğur zolağında olması təkcə Dağlıq Qarabağ problemini deyil, bütövlükdə erməni məsələsini həll etməyə şans yaradır,”- deyib.
Mübariz Əhmədoğlu əlavə edib ki, beynəlxalq hüquq Dağlıq Qarabağ ərazisinin Azərbaycana məxsus olduğunu tanıyır: “Xarici təşkilatlar da bu reallığı bilə-bilə, sakit mövqedədir. Ermənistan bütün cəhdləri ilə beynəlxalq hüququn qəbul etdiyi sənədlərin reallaşmasının qarşısını almağa çalışır. Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan regionda sabitliyi qorumaq gücündədir. Rəsmi Bakı xaricdən ölkəyə qarşı olan maneələri asanlıqla dəf etmək iqtidarındadır.”
