00:00:00
Yazar
Admin User
05.11.2025 10:45 123 1 dəq oxuma
Sosial

Daha bir çörək sexi bağlanıb

Daha bir çörək sexi bağlanıb

Ordubadda işində nöqsanlar aşkar edilən çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb.

 

"İnformator.az" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının (MR) Qida Təhlükəsizliyi Agentliyi  Ordubad şəhərində fəaliyyət göstərən çörək emalı müəssisəsində aparılan planlı yoxlama zamanı ciddi nöqsanlar müəyyən edib.

 

Yoxlama zamanı müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, avadanlıqların təmiz saxlanılmadığı, qapı və pəncərələrdə qoruyucu torlardan istifadə edilmədiyi, dezinfeksiya işlərinin aparılmadığı və obyektin təmirə ehtiyacı olduğu aşkar edilib.

 

Aşkarlanmış nöqsanların aradan qaldırılması məqsədilə sahibkara müvafiq göstərişlər verilib, inzibati protokol tərtib olunub və çatışmazlıqlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər