Daha bir nazir vəzifəsindən azad edildi
Prezident İlham Əliyev Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 noyabr 2015-ci il.
AZƏRTAC
