00:00:00
Yazar
Admin User
15.01.2016 07:23 482 1 dəq oxuma
Dünya

Daha bir ölkə benzin qiymətlərini artırdı

Neft və təbii qaz ölkəsi Qətər benzin qiymətlərinə 35% artım edəcəyinə açıqlayıb
Daha bir ölkə benzin qiymətlərini artırdı

Neft və təbii qaz ölkəsi Qətər benzin qiymətlərinə 35% artım edəcəyinə açıqlayıb.

İnformator xəbər verir ki, Qətər rəsmi xəbər agentliyi “QNA”-nın xəbərinə görə, Qətər yanacaq şirkəti bir litr premium benzinin qiymətini 1 rialdan 1,30 riala ( təxminən 0,36 dollar), dizelin qiymətini isə 0,85 rialdan 1,15 riala (təxminən 0,31 dollar) qaldırıb.

Sabahdan etibarən tətbiq ediləcək yeni qiymətlərlə bağlı yanacaqdoldurma məntəqələrinə məlumat verilib.

Bəhreyn bazarertəsi benzinin qiymətini 50%, Səudiyyə Ərəbistanı isə dekabrda benzinin qiymətini 50-67%, dizelin qiymətini isə 80% artırmışdı.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər