00:00:00
Yazar
Admin User
21.10.2025 19:09 178 2 dəq oxuma
Sosial

Daim qaçırıq, amma hara?

Daim qaçırıq, amma hara?

Texnologiya inkişaf edib, imkanlar artıb, həyat daha rahatlaşıb. Amma qəribə bir paradoks yaranıb: insanlar heç vaxt indiki qədər yorğun, narazı və tələsik olmayıb. Gündüz iş, axşam sosial media, sabah yeni məqsədlər… və bu sonsuz dövrə insanı tükəndirir.

 

Artıq fiziki deyil, ruhi yorğunluq əsrində yaşayırıq. Bu müsahibədə biz bir sualın cavabını axtarırıq: niyə müasir insan bu qədər çox “həyat içində”, amma eyni zamanda “özündən uzaqdır”?

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Aytəkin Məmmədova bildirib ki, müasir insanın daimi yorğunluğunun əsas səbəblərindən biri həyatın sürətilə yanaşı verilən öhdəliklərdir:

 

“Yetə bilməmək, çata bilməmək hissi də səbəblərdən biridir. Məqsədsizlik deməzdim, əksər insanların məqsədli tərəfləri vardır. Məqsədlər qarşıya qoyulur və daha böyük məqsədlər gətirir. O da istər-istəməz həyatı yaşaya bilməməkdən, aldıqları uğurun qane ediciliyini görə bilməməkdən qaynaqlanır. Buda onların daim bitkin olmasına səbəb olur. Təbii ki, burda maddi tərəflər də vardır ki, insanların həyatın gətirdiyi bu öhdəliklərlə yanaşı digər tərəflərini də ödəməli olduqlarını bilmələri də yorğunluğa səbəb olur. İnsan var ki, çox qazanır yenə də narazıdır. Bu insanın yanaşma tərzindən asılıdır. Bu həyat tərzi deyil, baxış bucağıdır. İnsan var ki, pozitiv yanaşa bilir eləsi də var ki, yox. Bu özünə baxış bucağından qaynaqlanır. Həyatın təməlində daimi xoşbəxtlik və daimi bədbəxtlik anlayışı yoxdur. Xoşbəxtlik bir hissdir ki, ani olaraq gəlir. İnsanların xoşbəxtlik axtarşında olması belə özü bir stress faktorudur”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər