Dalğaları ram edənlər
Dalğaları ram etmək onların ən sevimli məşğuliyyətidir. Bu, idman növü olmaqla yanaşı, həm də bir əyləncədir. Suyun üzərində hərəkət etmək, tarazlığını saxlayarq irəliləmək onlar üçün adi hal hesab edilir. Dalğaları yaran şəxsləri daha çox okean və dəniz sahili şəhərlərdə sörf taxtası üzərində görmək mümkün olsa da, Xəzərin sahilində yerləşən Bakıda da su idman növlərinə böyük maraq var. Küləklər şəhərinin sakinləri təbiətin onlara bəxş etdiyi münbit şəraitdən yararlanmağa çalışır.
Bu idman növü ilə məşğul olan Ruslan deyir ki, suya qarşı fobiya olan şəxslər vindsörfinqlə tanış olduqdan sonra bu qorxunu yenmək üçün dənizə gəlir. Bu idman növü bir o qədər təhlükəli hesab edilməsə də, öz qaydaları var. Suya girməzdən əvvəl xüsusi jiletlərdən istifadə mütləqdir. Dalğalı dənizə heç bir halda etibar etmək olmaz. Elə ona görə də bu gənclər xüsusi yerlərdə məşğul olurlar.
Küləyin istiqamətindən və dalğanın hündürlüyündən asılı olmayaraq vindsörfinqlə məşğul olanlar sörfinq taxtalarının üzərinə çıxaraq bu təbiət hadisəsindən zövq almağa çalışırlar.
Qasım
