00:00:00
Yazar
Admin User
11.08.2023 11:57 373 3 dəq oxuma
Maraqlı

DaMİR – müasirliyin tarix üzrə qurulması

DaMİR – müasirliyin tarix üzrə qurulması

Ağarazıyeva Vüsalə, rəssam-keramist, 1990-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr və magisrt üzrə dekorativ tətbiqi sənət fakültəsini bitirib. Rəssamlar İttifaqının üzvüdür.

“Rəssamlığa niyə gəldim? Mənim üçün rəssamlıq minlərlə sahələr arasında özümü ifadə etmək üçün seçdiyim yoldur. Bu yolu da daxilimdən gələn hisslər və istəklərimə tabe olaraq uşaqlıqdan seçmişəm. Cizgi filmlərinə baxaraq qəhramanları qələmlə təsvir etməyim birinci addımlarım olub. Özümü dərk etməyə başlayan andan isə kim olacağıma, yəni hansı peşə sahibi olacağıma bir an belə şübhə etməmişəm. Buna görə də, bu secim mənim üçün çox təbii və daxilimdən gələn addımdır. Bəlkədə rəssam doğulmuşam, desək daha düzgün olar”.

Akademiyada oxuduğum zamandan İçəri şəhərdə şəxsi emalatxanasında rəssam-keramist kimi çalışan Vüsalə, artıq 3 ildir İsmayıllı rayonunun İvanovka kəndinə köçüb. “Daha çox yağlı boya ilə çalışmağıma baxmayaraq, son zamanlar özümü müxtəlif material, formalar və texnikada da sınayıram. Bir rəssam kimi mənim nailiyyətim rəsmlərimin insanlarda müxtəlif suallardan cox hisslər oyatmasıdır və çalışdıqca mənim üzümə açılan yeni imkanlardır”.

Həyatının ən böyük layihələrindən biri - 2017-ci ildən incəsənət və humanistik təhsil sahəsində fəaliyyət göstərən “YARADAN” yaradıcılıq birliyinin həmtəsisçisi olmağıdır. Bu layihəni “DaMir house of İmagination” layihəsi kimi yazıcı Nigar Rzayeva ilə birgə ərsəyə gətiriblər. Məqsəd birdir - yaradıcılığın güvvəsini, hər biri üçün və qlobal olaraq bəşəriyyət üçün əhəmiyyətini fəaliyyətlərində yeritmək, insanları bir araya gətirib, birgə yaratmaq. “DaMİR. Çox düşünmədən 2018-ci ildə İvanovkada torpaq alıb ev tikdik. Burdakı autentiklik, təbiət, sərbəstlik və qeyri-adilik bizi cəlb etdi və hər şey elə alındı ki, özü öz axarıyla baş verdi. Bu il isə yenidən arzularımıza və həyatın axarına tabe olaraq yeni məkan açdıq. Bu məkan açılan andan öz missiyasını artıq yerinə yetirməyə başlayıb. Burda yaradıcılıq müxtəlif yaş və sənət sahibi olanları yaradıcı proseslərdə birləşdirir və gözəl emosiyalarla yollarını davam etmək üçün yola salır”.

Rəssam-keramist deyir ki, DaMİR – müasirliyin tarix üzrə qurulmasını göstərir, bəlkə də DaMİR bir zaman çarxıdır demək olar. Burda köhnə əşyalar yeni həyat yaşayır, yeni əşyalar və sənət əsərləri isə keçmişlə ahəng yaradır. “Bütün layihəni tam olaraq biz birgə düşünüb yaratmışıq, hətta əksəriyyət işləri öz əllərimizlə sevərək görmüşük. Proses zamanı dəqiq başa düşdük ki, yeni tikinti üzərində işləmək restavrasiyadan qat-qat rahatdır. Sonuncu bir ay biz demək olar ki, ordan heç çıxmırdıq, səhərə qədər çalışırdıq. Açılış günü isə yuxuda kimi idik, tam olaraq gördüyümüz işin həçmini və mahiyyətini insanların sözlərindən və emosiyalarından, hətta göz yaşlarından anlayırdıq”.

Vüsalə Ağarazıyevanın sözlərinə görə, bir-iki həftə ərzində yeni dostlar, yeni yaradıcı təkliflər qazanıblar. Ümumiyyətlə, görülən işlər insanların nə dərəcədə istedadlı, duyğusal, insansevər, gözəlliklər qarşısında məftun olduğlarını üzə çıxarıb. “Hal hazırda isə bir sıra layihələr hazırlayırıq. Onların çoxu müxtəlif sahələrdə birgə layihələr olacaq. Yeni doğulmuş məkan incəlik və məsuliyyət tələb edir. Ona görə də gələcək addımları düşünərək və tələsmədən edəcəyik”.

Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər