DANİB rəhbərliyi Şirvan gəncləriylə görüş keçirib
Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi (DANİB) Şirvan şəhərində gənclərlə görüş və təlim keçirib.Toplantıdan öncə DANİB rəhbərliyi ümummilli lider Heydər Əliyevin Şirvandakı abidəsi önünə gül-çiçək dəstəsi qoyub.
İnformator xəbər verir ki, dövlət himninin səslənməsindən sonra tədbirdə çıxış edən DANİB-in Şirvan şəhəri üzrə koordinatoru Əli Məmmədov region gənclərinin ictimai fəallığının artırılması baxımından tədbirin əhəmiyyətini vurğulayıb və görüş təşəbbüsünün faydalı olduğunu deyib.
Toplantıda iştirak edən Milli QHT Forumunun Şirvan Resurs və Təlim Mərkəzinin rəhbəri Əli Mirzəyev təmsil etdiyi qurumun fəaliyyətindən və regiondakı vətəndaş cəmiyyəti inistitutlarının fəallığından bəhs edərək tədbirin təşkilinə görə Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinə təşəkkürünü bildirib.
Toplantıda çıxış edən DANİB sədri Elməddin Behbud görüşün təşkilatın 2015-ci il üzrə fəaliyyət strategiyasına uyğun olaraq region gənclərinin ictimai fəallığının artırılması, ölkənin milli maraqlarının təbliği məqsədi ilə daxili imkanlar hesabınatəşkil edildiyini qeyd edib. Elməddin Behbud DANİB-in təsis olunduğu 2001-ci ildən bu günədək dövlətçilik maraqlarını birmənalı şəkildə müdafiə etdiyini bildirib və təşkilatın fəaliyyət istiqamətləri, ölkənin gənclər siyasətinin həyata keçirilməsində yaxından iştirakı haqqında danışıb.
DANİB sədri Azərbaycanda QHT-lərin inkişafı üçün yaradılan münbit şəraitin, milli donor qurumlarının təsis olunmasının cənab prezident İlham Əliyevin vətəndaş cəmiyyəti inistitutlarının inkişafıyla bağlı siyasi iradəsinin göstəricisi olduğunu vurğulayıb: “Azərbaycanın regional güc olaraq xüsusi ilə son illərdə beynəlxalq miqyaslı müxtəlif humanitar, iqtisadi, siyasi tədbirlərə ev sahibliyi etməklə bir daha dünyaya fəal geosiyasi oyunçu olduğunu nümayiş etdirməkdədir. Bu baxımdan artıq sayılı günlərin qaldığı I Avropa Oyunlarının ölkəmizdə keçirilməsidə son dərəcə mühüm əhəmiyyət kəsb edir. Biz sevinirik ki, bu gün Azərbaycan gəncliyi cənab prezident İlham Əliyevin ölkəmizin milli mənafelərinin qorunması, beynəlxalq aləmdəki müsbət imicinin yüksəldilməsi yolundakı qətiyyətli mövqeyini dəstəkləyir”.
Sonra “Fərdi motivasiya” mövzusunda təlim keçirilib.
Toplantıda yerli gənclərlə onları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
