00:00:00
Yazar
Elmira Ağayeva
24.04.2026 21:48 26 1 dəq oxuma
Siyasət

Danışıqların dayanması regionda hansı riskləri artırır?

Danışıqların dayanması regionda hansı riskləri artırır?

İran və ABŞ arasında İslamabadda keçirilən danışıqlar hazırda faktiki olaraq dayandırılıb.

Bu barədə “Al Arabiya” telekanalı Pakistan mənbələrinə istinadən məlumat yayıb.

 

 

Mövzu ilə bağlı siyasi şərhçi Polad Mehdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, danışıqların dondurulmasının əsas səbəbi tərəflərin fundamental məsələlərdə geri addım atmamasıdır:

 

 

“Xüsusilə, ABŞ-ın tətbiq etdiyi dəniz məhdudiyyətləri və İranın bunun aradan qaldırılmasını ilkin şərt kimi irəli sürməsi prosesi kilidləyir. Tərəflər güzəşt etmədən danışıqları davam etdirmək istəmir. Nəticədə proses formal olaraq ləğv olunmur, lakin faktiki olaraq dayanır.

 

Pakistan burada daha çox kommunikasiya kanalı rolunu oynayır.Onun üstünlüyü ondan ibarətdir ki, həm İran, həm də ABŞ ilə münasibətləri var və neytral platforma təqdim edir. Lakin təsir imkanları məhduddur, yəni tərəfləri güzəştə məcbur etmək gücünə malik deyil. Buna görə də prosesin effektivliyi daha çox danışıqların davamlılığını qorumaq səviyyəsində qalır, konkret nəticə əldə etmək səviyyəsində deyil.

 

Danışıqların dayanması bir neçə istiqamətdə təsir göstərə bilər. Diplomatik kanalın zəifləməsi gərginliyin azalması imkanlarını məhdudlaşdırır və riskləri artırır. İran üzərində təzyiq siyasəti davam edərsə, Tehran daha sərt regional mövqe tuta bilər. Körfəz və Yaxın Şərqdə təhlükəsizlik balansı daha kövrək hala gələ bilər. Alternativ ittifaqların və qeyri-rəsmi əməkdaşlıqların güclənməsi də mümkündür”.

 

Nuray Əliyeva

 

#İran #ABŞ #atəşkəs #Pakistan #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər