Daun sindromlu Barbie kukla istehsal edilib
Daun sindromlu ilk Barbi kuklasını özü də daun sindromlu olan britaniyalı model Elli Qoldşteyn sərgiləyib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Qoldşteyn təqdimat zamanı "Daun sindromlu Barbiyə sahib olduğum üçün çox xoşbəxtəm" deyib.
Barbi kuklanın mayın 3-də satışa çıxarılacaq protez ayaqlı Barbie və körpə oğlan Ken ilə ən son Fashionistas sırasına qatılacağı bildirilir.
Barbie kuklanın istehsalı üçün ABŞ-da yerləşən Milli Daun Sindromu Assosiasiyası və bir qrup tibb işçisi ilə əməkdaşlıq edilib.
Aydan
