Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamədə dəyişikliklər edildi
İlham Əliyev \"Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev \"Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
İnformator xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 24-cü maddəsində “uçotdan” sözü “qeydiyyatdan” sözü ilə əvəz edilsin və həmin maddəyə “qeydiyyata” sözündən əvvəl “xüsusi” sözü əlavə edilsin.
