00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
02.10.2026 21:23 14 2 dəq oxuma
Siyasət

Demokratların hakimiyyətə gəlməsi ABŞ-nin strateji hədəflərini dəyişməyəcək-AÇIQLAMA

Demokratların hakimiyyətə gəlməsi ABŞ-nin strateji hədəflərini dəyişməyəcək-AÇIQLAMA

 

ABŞ Prezidenti Donald Tramp Konqresə aralıq seçkisindən əvvəl tərəfdarlarına xəbərdarlıq edərək bəyanatlarını kəskinləşdirib.  Texas ştatında jurnalistlərin suallarını cavablandıran dövlət başçısı noyabr seçkisində Demokratlar Partiyasının Konqresdə üstünlük qazanması ölkəni görünməmiş maliyyə depressiyasına səbəb ola biləcəyini bildirib. Tramp rəqiblərini səriştəsizlikdə ittiham edərək, baş verə biləcəkləri 1929-cu ilin məşhur Böyük Depressiyası ilə müqayisə edib.
 

Qeyd edək ki, Böyük Depressiya 1929-cu il oktyabrın 24-də ABŞ-də fond bazarının çökməsi ilə başlayan və 1939-cu ilə qədər davam edən qlobal iqtisadi böhran olub. Böhrandan xüsusilə sənaye şəhərləri ciddi zərər çəkib, tikinti kəskin şəkildə azalıb, kənd təsərrüfatı məhsullarının qiymətləri aşağı düşüb. ABŞ-də işsizlik 14 milyon nəfərə çatıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şəhçi Aytən Qurbanova bildirib ki,  ABŞ-də seçkinin nəticəsində demokratların, ya da respublikaçıların hakimiyyətə gəlməsindən asılı olmayaraq, ümumiyyətlə, strateji hədəflər dəyişməz olaraq qalır:

 

"İstər daxili siyasətdə, istərsə də xarici siyasətdə Amerikanın vahid bir siyasi kursu var və bu, daha çox siyasi institutların strateji hədəflər və milli maraqlar istiqamətində formalaşdırdığı taktiki gedişləri özündə ehtiva edir. Ola bilər ki, demokratların, ya da respublikaçıların hakimiyyətdə olması müəyyən mənada hadisələrin gedişatında taktikanın dəyişməsinə təsir etsin, amma strateji hədəflər dəyişmir. Ona görə də dünya nizamının keçdiyi, çətinliklərlə üzləşdiyi bir mərhələdə ABŞ-nin iqtisadiyyatına qəbul edilən qərarlar nisbətində daxilə təsir edə biləcəyini nəzərə alsaq, nəticələri istisna edirəm. Demokratların hakimiyyətə gəlməsinin ciddi ölçüdə Amerikanın iqtisadiyyatında, ya da daxili siyasətində dəyişikliklərə səbəb ola biləcəyini düşünmürəm".


Mehriban Yariyeva

#strateji #hakimiyyətə #dəyişməyəcək-açiqlama #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər