00:00:00
Yazar
Zəhra Həsənova
24.08.2026 22:23 20 3 dəq oxuma
Siyasət

Deputat: Azərbaycan-Özbəkistan əməkdaşlığının yeni istiqaməti Orta dəhlizin imkanlarını genişləndirəcək

Deputat: Azərbaycan-Özbəkistan əməkdaşlığının yeni istiqaməti Orta dəhlizin imkanlarını genişləndirəcək

Azərbaycan və Özbəkistan arasında Əbədi Dostluq Müqaviləsinin imzalanması iki ölkənin strateji əməkdaşlığında yeni mərhələnin əsasını qoyub. 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında deputat Hikmət Babaoğlu bildirib ki, Azərbaycan Prezidentinin Özbəkistana səfəri zamanı iki ölkə arasında münasibətlərin potensial imkanlarının reallığa çevrilməsi üçün çox mühüm razılaşmalar əldə edilib:

 

"Bütün bunların fövqündə duran əsas məsələ isə iki ölkə arasında əbədi dostluq haqqında müqavilənin imzalanmasıdır. Düşünürəm ki, bu, Azərbaycan–Özbəkistan münasibətlərinin xarakterini müəyyənləşdirmək baxımından başlıca hüquqi-siyasi sənəddir. Belə olan halda, əlbəttə ki, bu sənəd iki ölkənin maraqları kontekstində mühüm struktur və institusional layihələrlə dəstəklənməlidir. Bunlardan biri, heç şübhəsiz ki, sənəddə də qeyd edildiyi kimi, nəqliyyat-kommunikasiya vasitələri üzrə əməkdaşlıqdır. Burada Azərbaycan və Özbəkistan arasında nəqliyyat dəhlizinin yaradılması və ayrıca Özbəkistan üçün Xəzər dənizində yüklərin daşınması məqsədilə limanın inkişaf etdirilməsi məsələsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti qeyd etdi ki, biz bu layihəni prioritet layihələr sırasına keçirməli və qısa müddətdə başa çatdırmalıyıq.Məhz bu layihənin strateji əhəmiyyətini bir qədər daha geniş izah etməliyik. Çünki tranzit yük daşımalarının Özbəkistan üzərindən Çinə birləşdirilməsi məsələsi var. Bu gün Qırğızıstan və Özbəkistan üzərindən Çindən gələn dəmir yolu inşa olunur və Özbəkistan dəmir yollarına inteqrasiya edilir. Yəni biz Qazaxıstan–Çin–Xəzər dənizi–Bakı marşrutunu biliriksə, marşrutlardan biri də artıq Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan xəttidir. Bu, ayrıca bir xətt olacaq və Orta dəhlizin xüsusi bir seqmentinə çevriləcəkdir.
Bunun üçün də bir il bundan əvvəl Özbəkistan, Türkmənistan və Azərbaycan prezidentləri arasında qardaş Türkmənistanda görüş keçirilərək razılıq əldə edilib. Başqa bir strateji əhəmiyyətli məsələ ondan ibarətdir ki, Azərbaycanın nəqliyyat-kommunikasiya imkanları Özbəkistanın yeraltı sərvətlərinin, o cümlədən nadir torpaq elementlərinin, litiumun və digər resurslarının Avropa ölkələri ilə imzaladığı razılaşmalar əsasında xüsusi xəttlə Azərbaycan üzərindən daşınmasına imkan verəcəkdir. Burada əsas məsələ də ortaya çıxır. Belə olan halda biz artıq Orta dəhliz məsələsinə yenidən qayıtmalı oluruq. Özbəkistan üzərindən şaxələnən yeni qol da daxil olmaqla, demək olar ki, Orta dəhlizin daha böyük əhəmiyyət qazandığını görürük".


Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti Naxçıvanda olarkən qeyd etdi ki, Orta dəhliz üzrə TRIPP marşrutu vasitəsilə 15 milyon ton yük daşınması nəzərdə tutulur və gələcəkdə bu göstərici 20 milyon tona qaldırıla bilər:

 

"Yüklərin daşınmasının mənbələrindən biri, şübhəsiz ki, Özbəkistan olacaq və Azərbaycan burada ötürücü ölkə, yəni tranzit ölkə kimi çıxış edəcəkdir. Belə olan halda, əlbəttə ki, TRIPP marşrutunun, Zəngəzurdan keçən dəhlizin Naxçıvan üzərindən bir neçə istiqamətə şaxələnməsinin şahidi ola bilərik. Bu istiqamətdə də iş aparılır. Onlardan biri Araz üzərindən, yəni Sədərək vasitəsilə Ermənistan üzərindən başqa üçüncü ölkələrə çıxış, digəri isə Qars–İğdır–Dilucu–Naxçıvan dəmir yolu şaxələnməsi vasitəsilə Avropaya çıxışdır. Amma üçüncü bir məsələ də var ki, Azərbaycan Prezidenti Naxçıvanda bu haqda da danışdı. Bildirdi ki, Culfa–İran Culfası istiqamətindən Pakistana qədər uzanacaq başqa bir dəhlizin yaradılması mümkündür. Belə olanda görürsünüzmü, Orta dəhlizin imkanları nə qədər genişdir, nə qədər stratejidir və şübhəsiz ki, bu da dəhlizin əhəmiyyətini daha da artırmış olur. Dəhliz tam işə düşdükdən sonra, heç şübhəsiz ki, avropalıların Mərkəzi Asiya, Türküstan coğrafiyasında yerləşən ölkələrlə əməkdaşlıq imkanları daha da genişlənəcəkdir".

Selcan Xudiyeva

#deputat: #istiqaməti #orta #baki #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər