DGK \"donuz qripi\" virusuna ciddi yanaşır
Qonşu ölkələrdə \"donuz qripi\" ilə bağlı vəziyyət həssas məsələdir. Dövlət Gömrük Komitəsi bu məsələyə ciddi yanaşır
\"Qonşu ölkələrdə \"donuz qripi\" ilə bağlı vəziyyət həssas məsələdir. Dövlət Gömrük Komitəsi bu məsələyə ciddi yanaşır\".
İnformator.az xəbər verir ki, bu sözləri DGK sədrinin müavini Şahin BağırovÜmumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə \"2015 -ci ilin yekunları və qarşıda duran vəzifələr\" mövzusunda keçirilən mətbuat konfransında deyib.
O bildirib: \"Biz işimizi Səhiyyə Nazirliyi ilə qurmuşuq. Nəzarət işini gömrük orqanları vizual yoxlamalar əsasında aparır. Vətəndaşlar da sərhəddən keçən zaman özlərində, yaxud digərlərində sözügedən xəstəliklə bağlı hər hansı şübhəli hal müşahidə edərlərsə, gömrük orqanlarına müraciət etməlidirlər. Bu məsələ daim diqqət mərkəzindədir\".
