00:00:00
Yazar
Admin User
09.02.2026 15:47 51 1 dəq oxuma
Sosial

Dil tədrisində keyfiyyət niyə aşağıdır?

Dil tədrisində keyfiyyət niyə aşağıdır?

Son illər xarici dil bilikləri vacib bacarıqlardan birinə çevrilib. Bu səbəbdən məktəblərdə xarici dil tədrisinin səviyyəsi tez-tez müzakirə olunur. Rəsmi proqramlar olsa da, şagirdlərin dili praktik olaraq mənimsəməsi ilə bağlı sullar qalır.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bu məsələ bir çox amillərlə bağlıdır:


“Xüsusilə, bütün məktəblərdə xarici dil müəllimlərinin dilin mənimsənilməsi ilə bağlı fərqli yanaşmaları var. Bir də xatırlayırsınızsa, bu məsələ dəfələrlə gündəmə gəlib. Xarici dil tədrisi zamanı şagirdlərin bölünməməsi ilə bağlı qərar var idi. Dilin mənimsənilməsi üçün siniflər ən azı 8-10 nəfərlik olmalıdır. Ancaq hazırda siniflərdə 30-40 nəfər uşağın təhsil aldığı məktəblərimiz var. Əlbəttə ki, o məktəblərdə dil üzrə şagirdlərin qruplara bölünməsi müəllim çatışmazlığı səbəbindən indiki halda tam mənimsəməyə imkan yaratmır. Bu məsələlərin həlli üçün texniki imkanlar məsələn, linqafon sinifləri, tərcümə üçün xüsusi qurğular olmalıdır ki, şagirdlərin xarici dildə danışması üçün şərait yaradılsın. MİQ, sertifkasiya imtahanlarından sonra xarici dil müəllimləri peşəkar və professionallaşıblar”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər