00:00:00
Yazar
Admin User
25.12.2025 17:14 55 1 dəq oxuma
Sosial

DİN Yeni il ərəfəsində kiberdələduzluq hallarına qarşı xəbərdarlıq edib

DİN Yeni il ərəfəsində kiberdələduzluq hallarına qarşı xəbərdarlıq edib

Daxili İşlər Nazirliyi (DİN) Yeni il bayramı ərəfəsində kiberdələduzluq hallarının artması ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhlükəsizlik eksperti Rəşad Rza bildirib ki, kiber təhsil sahəsi ilə məşğul olan mütəxəssislər bu boş zamanlardan və qarşıdakı vaxtlardan səmərəli şəkildə istifadə edirlər:

 

"Rəsmi şəkildə fəaliyyət göstərən onlayn ticarət platformaları daha etibarlıdır. Belə mağazalarda əlaqə nömrələri, domen məlumatları və digər hüquqi detallara baxmaq mümkündür. Vətəndaşlar alış-veriş etməzdən əvvəl bu məlumatları araşdırmalıdır. Sosial şəbəkələrdə mağaza haqqında rəyləri oxumaq, onun etibarlılığını yoxlamaq vacibdir. Kimə gəldi inanmaq olmaz. Bu baxımdan, tanınmış və artıq etibar qazanan onlayn mağazalardan alış-veriş etmək daha məqsədəuyğundur.

 

Dələduzluğa qarşı mübarizədə xüsusi texnoloji mexanizmlər tətbiq oluna bilər. Məsələn, müxtəlif filtrlər və süni intellekt əsaslı sistemlər qurularaq dələduzluq halları əvvəlcədən müəyyən edilə və qarşısı alına bilər. Bu üsulların tətbiqi nəticəsində vətəndaşlar bu cür hallardan daha az zərər görərdilər. Təbii ki, bu istiqamətdə müəyyən nəzarət mexanizmləri dövlətin nəzdində mövcuddur. Lakin bu sistemlər daha da gücləndirilməli, daha çevik və dayanıqlı modellərlə əvəz olunmalıdır. Belə olduqda həm vətəndaşların təhlükəsizliyi təmin olunar, həm də bu sahədə ictimai etimad artar".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər