Dinozavr skeleti İsveçrədə hərraca çıxarıldı
Tirannosaurus Rex adlı dinozavrının tam skeleti İsveçrədə hərraca çıxarılıb.
İnformator.az Euronews-a istinadən xəbər verir ki, skeletin hündürlüyü təxminən 4 m, uzunluğu 11,6 m-dir.
Hərracda istənilən hər kəsin iştirak edə biləcəyi açıqlanıb.
Dinozavrın qiyməti hərracın əvvəlində elan olunacaq. Amma qiymətin təxminən 5-8 milyon İsveçrə frankı (təxminən 10 milyon dollar) arasında olacağı gözlənilir.
Əslində Trinity skeleti heç bir dinozavra aid deyil, bir neçə tiranozavrın qalıqlarından ibarətdir.
Fatima
