Diplomlar elektronlaşır: Təhsildə yeni və şəffaf mərhələ
Nazirlər Kabinetinin qərarına əsasən, bundan sonra təhsil haqqında dövlət sənədləri, o cümlədən diplomlar elektron formada təqdim ediləcək. Yeni sistem diplomların verilməsində şəffaflığın artırılmasına, saxtalaşdırma hallarının qarşısının alınmasına və sənədlərin daha rahat yoxlanılmasına imkan yaradacaq. Elektron diplomlar hüquqi baxımdan kağız daşıyıcılarla eyni qüvvəyə malik olacaq və müvafiq rəqəmsal platformalar üzərindən əldə edilə biləcək.
Bu mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi “İnformator.az”a bildirib ki, Nazirlər Kabinetinin aldığı qərar olduqca məntiqli və məqsədəuyğundur:
“Çünki hazırkı vəziyyətdə bizə bir çox diplomlarla bağlı problemlər yaranır. Məsələn, hər hansı bir vətəndaş diplomunu itirir və yaxud da teatını itirir. Eyni zamanda harasa işə gedərkən kimsə diplomunu unudur, yenidən bir də geri qayıtmaq, uzun məsafəni diplomunu aparır. Amma elektronda çox asanlıqla həmin şəxslərin diplomu sistem üzərindən görmək mümkündür. Təhsil informasiyalaşmış Məqsədimiz sistem üzərindən bu məlumatlar hamısı bazada olacaq və təbii ki, dünya təhsil sisteminə inteqrasiya. Dünən əksər ölkələri artıq elektron diplomlardan istifadə edir, elektron təhsil sənədlərindən istifadə edir. Hər hansı bir vətəndaş xaricdə təhsil almaq istəyirsə, diplomun qarşısını ilə birbaşa elektron sistem üzərindən notarial təsdiq edə bilər. Belə əlavələr də həmçinin elektron qaydada olacaq, yəni istər diplomun özü isə diplomun əlavəsi və s. Qaldı ki, köhnə məzunların diplomlarının elektronlaşmasına zamanın təbii ki, onların diplomları elektronlaşacaq. Hazırda isə tətbiq 2026-cı il və ondan sonrakı dövr ərzində bitirənlərə şamil olunacaq”.
Cavahir Əsgərbəyli
