00:00:00
Yazar
Elmira Ağayeva
10.09.2026 23:55 89 1 dəq oxuma
Siyasət

Dmitriy Mariyasin: BMT TRIPP üzrə konkret həllərin hazırlanmasına dəstək göstərə bilər

Dmitriy Mariyasin: BMT TRIPP üzrə konkret həllərin hazırlanmasına dəstək göstərə bilər

BMT TRIPP layihəsi üzrə konkret həllərin hazırlanmasına dəstək göstərə bilər. Bunu BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitriy Mariyasin bildirib ki, təşkilatın iştirakı layihə çərçivəsində texniki məsələlərin həllinə töhfə verə bilər.

Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki,BMT-nin TRIPP üzrə konkret mexanizmlərin hazırlanmasına cəlb olunması Azərbaycan və Ermənistan arasında əməkdaşlığa əlavə institusional dayaq verə bilər:

“Təşkilat gömrük prosedurlarının uzlaşdırılması, sərhəd-keçid qaydalarının müəyyənləşdirilməsi, tranzit təhlükəsizliyi, ekoloji standartlar və mümkün mübahisələrin həlli kimi texniki məsələlərdə ekspert dəstəyi göstərə bilər. Bu isə tərəflərin üzərinə götürdüyü öhdəliklərin daha aydın formalaşdırılmasına, qarşılıqlı etimadın artmasına və fikir ayrılıqlarının yenidən siyasi gərginliyə çevrilməsinin qarşısının alınmasına xidmət edər”.

Politoloq qeyd edib ki,Lakin BMT-nin iştirakı Azərbaycan və Ermənistan arasındakı birbaşa dialoqu əvəz etməməli, prosesə kənardan siyasi şərtlər diktə etmək xarakteri daşımamalıdır:

"Əməkdaşlığın real nəticə verməsi üçün təşkilatın rolu tərəflərin razılığı, suverenlik, ərazi bütövlüyü və qarşılıqlılıq prinsipləri əsasında müəyyənləşdirilməlidir. Bu şərtlər təmin olunarsa, TRIPP yalnız nəqliyyat layihəsi kimi deyil, iki ölkə arasında iqtisadi qarşılıqlı asılılığı artıran və uzunmüddətli sülhü möhkəmləndirən regional əməkdaşlıq platformasına çevrilə bilər".

Nurgün Qənizadə

#həllərin #dəstək #konkret #bilər #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər