00:00:00
Yazar
Admin User
16.05.2023 13:58 343 1 dəq oxuma
Maraqlı

DNT analizlərində bir ilk

DNT analizlərində bir ilk
ABŞ-da alimlər DNT ilə bağlı maraqlı araşdırma aparıb.
 
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, DNT nümunələri insanın çimdiyi sudan, aldığı nəfəsdən, hətta çimərlikdəki ayaq izindən də götürülə bilər.
 
Nəticələri Nature Ecology & Evolution elmi jurnalında dərc edilən araşdırmada elm adamlarının nəsli kəsilməkdə olan dəniz tısbağalarını araşdırmaq üçün qumdan ətraf mühitin DNT nümunələri toplanıb. Bu zaman tapıntıların çox keyfiyyətli olduğu və həmin bölgədə yaşayan əhalinin genetik əcdadının müəyyən edilə biləcəyi məlum olub.
 
Tədqiqat çərçivəsində 6 nəfərin çalışdığı 280 kvadratmetrlik heyvan klinikasından götürülən hava nümunələrinin tədqiqində işçi heyətin və heyvanların DNT-lərinin aşkar edilərək uyğunlaşdırıla bildiyi müşahidə edilib.
 
Tədqiqat hesabatında deyilir: "Tüpürcək, dəri, tər və qan vasitəsilə ətraf mühitə daxil olan insan DNT-si itkin düşmüş şəxslərin tapılması və cinayətlərin açılması, arxeoloji əhəmiyyət kəsb edən ərazilərin müəyyən edilməsi və sağlamlığın monitorinqi üçün məhkəmə araşdırmalarına kömək etmək üçün istifadə oluna bilər".
 
Florida Vəhşi Təbiət Xəstəlikləri Universitetinin Genomika professoru David Daffy "Bütün bu şəxsi, əcdad və sağlamlıq məlumatları ətraf mühitdə sərbəst şəkildə dövr edir və hazırda havada mövcuddur", - deyib.
 
Hesabatda eyni üsulların "məxfiliyin pozulması, yerin izlənilməsi, məlumatların toplanması, fərdlərin və ya populyasiyaların genetik izlənməsi” kimi zərərli işləri asanlaşdıra biləcəyi təhlükəsinə də işarə edilib.
 
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər