00:00:00
Yazar
Lalə Qafarova
18.08.2026 22:25 44 2 dəq oxuma
Texnologiya

Doğmaların səsi ilə pul tələb olunarsa… 

Doğmaların səsi ilə pul tələb olunarsa…

Süni intellekt texnologiyalarının sürətli inkişafı kiberdələduzluq üsullarını da dəyişir. Artıq texnologiya istifadəçiləri neyron şəbəkələri vasitəsilə doğmalarının, yaxınlarının səsinin, hətta üzünün kopiyalanması halları ilə qarşılaşırlar. Və bu yolla onlardan pul tələb olunur. Bəs texnoloji tələlərə düşməmək üçün nə etmək lazımdır? Yaxud belə zənglər zamanı hansı addımlar atılmalıdır? AzTV Xəbər mövzunu araşdırıb.

 

Analoji hallar zamanı vətəndaşlar necə davranırlar?

TİTR: SORĞU

 

  1. Bugünkü gündə dələduzların sayı çoxdur deyə mən şübhələnərəm. Atmaram. 
  2. Anamın telefonunu istifadə edərkən bilinməyən nömrədən zəng gələ bilər. Mən onları açmıram, çünki dələduzlar ola bilər. 
  3. Günümüzdə süni intellekt çox inkişaf edib deyə şübhələnərəm. Yaxınlarımın səsini çıxartması mümkündür. Buna görə də, həmin yaxın adamımın özü ilə əlaqə saxlayaram birbaşa ki belə şey var, ya yox? 

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən isə bildirildi ki, 

TİTR: CƏSARƏT QƏNBƏRLİ - DİN-İN MƏTBUAT XİDMƏTİNİN ƏMƏKDAŞI

 

“Vətəndaşa gələn zəngdə qarşı tərəf özünü yaxın bir adam, ailə üzvü kimi təqdim edib kart məlumatlarını istəyirsə, mütləq qaydada ona dəqiqləşdirici suallar ünvanlanmalıdır. Yalnız bu yolla həmin səsin süni intellektlə hazırlanıb hazırlanmadığından əmin ola bilərik. Kimliyindən əmin olmadıqları şəxslərə etibar edib, onlayn qaydada köçürmə etməsinlər. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzinə, eləcə də Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət etsinlər”. 

 

 

Mütəxəssislər bildirirlər ki, inkişaf edən texnologiyaların imkanlarından sui-istifadə edənlərə qarşı ən böyük silah rəqəmsal savadlılıq və sayıqlıqdır. Şübhəli müraciətlər zamanı soyuqqanlılıq və məlumatı birbaşa mənbədən dəqiqləşdirmək bizi gözlənilməz təhlükələrdən qoruyar.

 

LALƏ QAFAROVA, VURHAN TURABOV, AZTV XƏBƏR

#süniintellekt #ai #aztv #aztvxəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər