00:00:00
Yazar
Zəhra Həsənova
25.08.2026 19:54 47 1 dəq oxuma
Siyasət

"Donald Tramp ilk gündən bunu etibarsız sayıb" - ŞƏRH

"Donald Tramp ilk gündən bunu etibarsız sayıb" - ŞƏRH

ABŞ Prezidenti Kanadadan idxal olunan bir sıra məhsullara tətbiq edilən tariflərin artırılacağını açıqlayıb. Donald Trampın açıqlamasına görə, 1 Yanvar 2027-ci ildən etibarən Kanada istehsalı olan istənilən növ avtomobil və onların ehtiyat hissələri, eləcə də polad məhsullarına tətbiq olunan tariflər 50 faizə qədər artırılacaq. Lakin Vaşinqton və Ottava arasında ticarət danışıqları BŞ-ların ticarət nazirinin israrından sonra dayandırılıb.

 

Mövzu ilə bağlı "İnformator.az" ARB24-ə istinadən bildirir ki, siyasi ekspert Marta Hol Findlinin sözlərinə görə, dünyanın hər hansısa bie dövlətinin ABŞ-yə təklif irəli sürə biləcəyini düşünmürəm:

 

"Kanada bir çox məsələni həll etdiyini düşünürdü. Lakin son anda ticarət naziri Hovard Latnik reaksiya bildirərək işləri relsdən çıxardı. Kanadanın ABŞ və Meksika ilə ticarət anlaşması var, Donald Tramp ilk gündən bunu etibarsız saydı. Amerika lideri bu gün dediyini sabah inkar edə bilir. Fikrimcə, qarşıda aralıq seçki olduğu üçün Tramp bir az narahat olmalıdır".

#azərbaycan #şərh #xəbər #gündən
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər