00:00:00
Yazar
Elmira Ağayeva
14.05.2026 20:56 28 2 dəq oxuma
Siyasət

Donald Tramp Rusiya-Ukrayna savaşını bitirə biləcəkmi?

Donald Tramp Rusiya-Ukrayna savaşını bitirə biləcəkmi?

Rusiya ABŞ vasitəsilə Kiyevlə məlumat mübadiləsi aparır”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya Ukrayna arasındakı diplomatik vasitənin ABŞ olması çox istənilirdi:

 

 

“ABŞ-nin indiki prezidenti hakimiyyətə gəlmədən öncə Rusiya-Ukrayna savaşını bitirəcəyini deyib. Ancaq bu o qədər də asan olmadı. Çünki Rusiya Prezidenti ilə ümumiyyətlə danışıq məsələsi alınmadı.Rusiya-Ukrayna avaşı getdikcə irəliləməyə başladı. Əslində Amerika Prezidenti Trampın bu məsələdə heç də bacarıqlı olmadığını demək lazımdır. Bu gün Trampın bu məsələ ilə bağlı bəyanatları verildi və rus-ukrayna savaşının tamamilə bitəcəyini qeyd etdi. Diplomatik vasitələrdən istifadə edərək hər iki ölkəni də müharibəni sonlandırmasına çağırdı. Burada təbii ki, Rusiya da savaşın bitməsini istəyir. Ancaq Rusiya savaşı öz xeyrinə və istədiyi nəticələr əldə edilməsi üçün Amerikadan da istifadə eləyir.

 

Hazırda Amerika diplomatik vasitələrlə sülh yaratmaq, iki ölkə arasında danışıqları aparmaq üçün əlindən gələni etməyə çalışdığını bəyan edir. Rusiya Krım, Donbas, Luqansk vilayətlərini qalmasını istəyir və bu danışıqlar hələ də gedir.Nəticə etibarilə heç bir şey əldə olunmayıb. Vaşinqtonun bu məsələdə münasibətləri diplomatik yolla həll etməyə çalışacaqsa, burada Kiyevdən torpaq istisnaları edilməsi Amerikadan məcbur edilə bilər. Çünki Rusiya ilə danışıqlara getmənin ancaq bir yolu Rusiyanın aldığı torpaqların geri verilməməsidir”.

 

 

Nuray Əliyeva

 

#ABŞ #Rusiya #Ukrayna
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər