00:00:00
Yazar
Zəhra Həsənova
10.09.2026 14:57 62 1 dəq oxuma
Siyasət

DONALD TRAMPIN MÜHARİBƏ PROQNOZU - ŞƏRH

DONALD TRAMPIN MÜHARİBƏ PROQNOZU - ŞƏRH

ABŞ lideri İranla münaqişənin nə vaxtdadək davam edəcəyinə münasibət bildirib. Onun fikrincə, noyabrın 3-də keçiriləcək aralıq seçkisindən dərhal sonra müharibə başa çatacaq. Donald Tramp hesab edir ki, İslam Respublikası artıq uzunmüddətli qarşıdurmaya tab gətirəcək gücdə deyil və seçki prosesindən sonra qarşı tərəf geri çəkilməyə məcbur olacaq. 

 

 "İnformator.az" xəbər verir ki, siyasi şərhçi Aydın Quliyev bildirib ki, Tramp İran cəmiyyətinə mesaj verir ki, seçkilərdən dərhal sonra İranla müharibəni bitirəcəyik:

 

"İranın indiyə qədər göstərdiyi müqavimətlər mənasızdır. 3 noyabr seçkilərindən sonra İranı tamamilə məhv edəcək zərbələr endirəcəyik. Trampın burada ehtiyatlanması, qorxusu da var. Tramp istisna etmir ki, 3 noyabr seçkilərində Respublikaçılar partiyası məğlub ola bilər. Bu sırf təbliğat xarakterli bəyanatdır. Həm İran cəmiyyətinə yönəlik bəyanatdır, həm də Amerika cəmiyyətinə yönəlik mesajlar verən təbliğatdır".

#gündəm #proqnozu #yeni #xəbər #trampin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər