00:00:00
Yazar
Admin User
28.10.2025 19:38 176 2 dəq oxuma
Sosial

Dərsliklər dəyişməlidirmi? Yeni nəsil üçün fərqli tədris materialları

Dərsliklər dəyişməlidirmi? Yeni nəsil üçün fərqli tədris materialları

Bu gün təhsil sistemi daim inkişaf edir, amma dərsliklər çox vaxt köhnə məzmunla qalır. Müasir dövrdə gənclər texnologiya ilə böyüyür, vizual öyrənməyə daha açıqdırlar. Bəs bugünkü dərsliklər onların marağına cavab verir? Dərsliklər yalnız mətnlə dolu olmalıdır, yoxsa videolar, interaktiv tapşırıqlar və rəqəmsal resurslarla zənginləşməlidirmi?

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, şagirdlər üçün dərsliklərdə müəyyən qədər dəyişikliklər olmalıdı deyə vurğulayıb:

 

"Nazirlər Kabinetinin qərarları əsasında şagirdlərin yaxşı psixologiyası, ümumi dərsliklərin hazırlanması, kağız materiallar, verilən mətnlər və.s. Biz müasir dövrə baxsaq, artıq dünyanın əksər ölkələrində kağız daşıyıcılardan olan dərsliklərdən olan istifadə məhdudlaşdırılır. Əsasən elektron resuslardan istifadəyə geniş yer verilir və bu həm şagirdlərin təhsil müəssisəsinə gedərkən ağır daşımasının qarşısını alır, yanlız müvafiq planşet vasitəsi ilə dərsliklərin hamısı planşetdə öz əksini tapır. Bu şagirdlər üçün də olduqca əlçatan olur. Kağız daşıyıcılar üzərindən nəşr olunan hər hansı vəsait bitdikdə artıq şagirdlər onun elektron resusundan daha asan əldə edə bilirlər. Elektron resuslarda dərsliklərin olması onların müəyyən mövzu üzrə keçdiklərinin daha çevik formada daxil olub baxmalarına imkan yaradır. Məsələn: biz coğrafiya mövzusu ilə bağlı hər hansı bir mövzunu izah etmək istəyirik-landşaftlar, iqlim dəyişikliyi ilə bağlı YouTube platformasından və yaxud hər hansı platformadan konkret vizual görüntünü özündə əks etdirən keçidlər qoyuruq və şagirdlər həmin keçidlər vasitəsi ilə daha asan şəkildə prosesi izləyə bilir. Əlbətdə bunlar hamısı yeni nəsil dərsliklərdə öz əksini tapmalıdı. Düşünürəm ki, qarşıdakı illərdə bunlardan istifadə geniş şəkildə mümkün olacaq".

 

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər