00:00:00
Yazar
Admin User
20.11.2025 16:53 103 1 dəq oxuma
Sosial

Duyğudan uzaqlaşmanın gizli psixologiyası

Duyğudan uzaqlaşmanın gizli psixologiyası

Emosional dissosiasiya insanın hisslərini tam yaşaya bilməməsi, emosiyadan sanki uzaqlaşması və özünü “autopilotda” hiss etməsi ilə xarakterik psixoloji vəziyyətdir.

 

Mövzu ilə bağlı İnformator.az"a açıqlamasında psixoloq Helin Şadfar bildirib ki, dissosiasiya adətən beynin “özünü qoruma mexanizmi” kimi işə düşür:

 

"Sanki beyin mesaj verir ki: “artıq yetər, mən bir az özümü söndürüm”. Buna səbəb olan əsas amillər çox güclü stress – bir anda çox şey yaşandıqda beynin özünü qorumaq üçün əlaqəni kəsməsi, uşaqlıqda yaşanan ağır təcrübələr – keçmişdə baş verən travmaların oxşar situasiyalarda yenidən həmin müdafiə mexanizmini işə salması, hissləri içində saxlayıb ifadə edə bilməmək – duyğular yığılanda beyinin onlardan qaçmaq üçün dissosiasiya yaratması, həmçinin yuxusuzluq, yorğunluq və tükənmişlik nəticəsində beynin “off” rejiminə keçməsi ola bilər. Dissosiasiyada hiss–düşüncə əlaqəsini bərpa etmək üçün grounding texnikaları (5-4-3-2-1, dərin nəfəs), hissləri adlandırma, bədən skanı kimi bədən yönümlü məşqlər və stabilizasiyaya əsaslanan terapiya (DBT, travma-fokuslu üsullar) ən təsirli metodlardır. Əlbəttə, peşəkar dəstək üçün psixoloqa müraciət etmək, o cümlədən EMDR və CBT kimi terapiyalardan yararlanmaq çox vacibdir".


Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər