00:00:00
Yazar
Banuçiçək Məmmədova
26.02.2026 21:12 19 3 dəq oxuma
Sosial Özəl

Efir məkanında etik sərhədlər pozulur?

Efir məkanında etik sərhədlər pozulur?

Son dövrlər televiziya və onlayn platformalarda yayımlanan bəzi verilişlərdə etik çərçivənin aşılması ilə bağlı müzakirələr intensivləşib. Canlı yayımda təhqir, şəxsi həyatın ifşası, qonaqların alçaldılması, emosional manipulyasiya və sensasiya naminə sərhədlərin aşılması tamaşaçı narazılığına səbəb olur.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında media eksperti Hacıbəy Heydərli bildirib ki, son zamanlar efir məkanında baş verən neqativ hallar cəmiyyət vasitəsilə haqlı narazılıqla qarşılanırdı:

 

“Bu da səbəbsiz deyil. Artıq bir müddətdir ki, televiziya kanallarında şou tipli verilişlərdə insanların şəxsi həyatının gündəmə gətirilməsi, qeyri-etik sözlər, insanların bir-birini aşağılaması, hətta təhqir elementlərinin şahidi olurduq. Bundan başqa, insanlar daha çox sənətdən çox, şəxsi həyatın gündəmə gətirilməsindən, müğənniləri efirdə bu kontekstdə görməkdən yorulub və bu da, təbii ki, cəmiyyətdə və sosial şəbəkələrdə haqlı narazılığa səbəb olurdu. Düşünürəm ki, efir məkanında artıq yeni bir mərhələnin başlanğıcının əsası qoyulacaq. Azərbaycan efirində tamaşaçı görmək istədiyi ab-havanın şahidi olacaq. Bu baxımdan da televiziya kanallarının üzərinə çox böyük məsuliyyət düşür.
Bilirsiniz ki, eyni zamanda mətbuatın və medianın əsas funksiyalarından biri də insanları maarifləndirməkdir və çox təəssüf ki, maarifləndirmə funksiyası bir az geri planda qalır. Bunu yenidən gündəmə gətirmək, xalqı, insanları, tamaşaçıları sağlam mədəniyyətə, maarifləndirici verilişlərə və musiqilərə yönəltməyin zamanı gəlib çatıb. Bu baxımdan da yəqin ki, Azərbaycan kanalları sosial şəbəkələrdə və cəmiyyətdə olan bu tənqidlərdən müsbət nəticə çıxaracaqlar. Təbii ki, aparıcı və produserlər də burda çox böyük məsuliyyət daşıyırlar. Çünki bilirsiniz ki, verilişlərə qonaqların dəvət olunması bir çox hallarda produserların, bəzi hallarda isə məhz aparıcıların şəxsi istəyi ilə olur və onlar daha çox şəxsi münasibətlərində olduğu, daha çox bayağı musiqilərə üstünlük verən, daha çox qalmaqallı, şəxsi həyatı gündəmə gətirən müğənnilələr efirə çağırırlar. Bu baxımdan da aparıcı və produserlər də bundan sonra çox diqqətli olmalıdırlar. Efirə çağırdıqları qonaqların keçmişini ən azından araşdırmalıdırlar. Danışacaqları mövzuları əvvəlcədən müəyyənləşdirməlidirlər. Daha çox aparıcılar müğənnilərə verdiyi suallara diqqətli olmalıdırlar. Müğənnilər də təbii ki, daha çox sənədləri, daha çox musiqiləri ilə gündəmdə qalmağa maraqlı olmalıdırlar. Yəni bu düzəlməyəcəyi təqdirdə müsbət dəyişiklik ola bilməz. Bu baxımdan təbii ki, həm verilişlərin aparıcıları, həm redaktorları, həm produserları bundan sonrakı mərhələdə daha məsuliyyətli olmalıdırlar.
Təbii ki, efir etikası deyəndə biz eyni zamanda media mətbuat etikasını nəzərdə tuturuq və bura insanların bir-birini aşağılamağı, təhqir eləməklərindən uzaq olmaq, eyni zamanda etkadan gələn sözlərin ifadə olunması və yaxud şəxsi həyatla bağlı sualların verilməsi, cavablandırılması da bilirsiniz ki, artıq bu yaxınlarda ali məhkəmənin də bir qərarı olub ki, insanların şəxsi həyatı ilə bağlı dəyişikliklər edilib. Bunla bağlı suallar, bunların nümayiş olunması kütləvi nətillərdə efir etikasında artıq qadağan edilib. Yəni müğənnilərə daha çox daha doğrusu aparıcılara bu aşılansa, aparıcılara artıq bu baxımdan maariflənsə, düşünürəm ki, belə halların qarşısı alınacaq”.

 

Banuçiçək Məmmədova

#etik #baki #yeni #pozulur?
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər