00:00:00
Yazar
Admin User
13.10.2025 19:36 111 2 dəq oxuma
Sosial

Ekoşüur və təbiətə münasibətimiz

Ekoşüur və təbiətə münasibətimiz

Son illərdə Azərbaycanda və dünyada ekoloji problemlərə diqqət artmaqdadır. İnsanların təbiətə münasibəti təkcə qanun və qaydalarla deyil, həm də şüur və davranışlarla ölçülür. Ekoşüur, yəni təbiətə və ətraf mühitə diqqətli yanaşma, gündəlik həyat tərzimizi dəyişdirə bilər.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında ekoloq Rəhilə Əhmədova bildirib ki, ekoloji şüur mövzusu mənim üçün ən yaralı mövzudur:

 

“Mən 40 ilə yaxındır bu sahədə pedoqoji fəaliyyət göstərirəm. Bütün seminarlarda, tədbirlərdə, dərslərdə mənim dediyim söz o olub ki, bizim çox gözəl milli mentalitetimiz, adət-ənənələrimiz var. Nümunə olacaq çox xüsusiyyətlərimiz var. Ancaq ekoloji şüurumuz o qədər aşağı səviyyədədir ki, özüm özümə etiraf etməyə utanıram. Nə qədər ki, orta məktəblərdən, baxçalardan onlardan qabaq isə evlərdən ekoloji şüuru tərbiyə etməyə başlamayacağıq elə bu cür də davam edəcək. Biz çox tələbə yetişdiririk: ekoloqlar,ekologiya mühəndisləri, mütəxəssislər. Onların hamısına ekoloji şüuru təbliğ və təşviq etməsi üçün təlimatlandırırıq. Məsələn: Avropa dövlətləri ilə müqayisə edəndə çox böyük fərqlə qarşılaşmaq olar. Ona görə də arzu edərdim ki, gələcəkdə uşaq baxçalarında, ibtidai sinifdə, orta məktəb siniflərində ayrıca ekologiya dərsi keçilsin”.

 

Müsahibimiz həmçinin bildirib ki, insanların təbiətə münasibəti də ürəkaçan deyil: 

 

“Yay fəslində insanlar meşələrə gedirlər. Meşələrdə piknik edirlər, meşəni zibilləndirirlər, ocaq qalayırlar ocağı söndürmədən gedirlər və bu da meşə yanğınlarına səbəb olur. Təbiətə münasibət əvvəlki illərə nisbətən qat-qat yaxşıdır. Təbiətdə olan heyvanlara isə əvvəlki münasibət yoxdur. Sanki insanlarda mərhəmət hissi artıb. İnsanlarda ictimai qınaq formalaşmağa başlayır. Bunun tam formalaşmağı üçün bir neçə ilə daha ehtiyacımız var”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər