00:00:00
Yazar
Zeynəb Yunuszadə
28.04.2026 21:18 17 1 dəq oxuma
Siyasət

Elçin Əmirbəyov İtaliya XİN başçısının müavini ilə görüşüb

Elçin Əmirbəyov İtaliya XİN başçısının müavini ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşüb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin "X" platformasındakı hesabında məlumat paylaşılıb.

 

Bildirilir ki, görüş əsas regional və beynəlxalq məsələlərə, həmçinin siyasi və iqtisadi əməkdaşlığın strateji sahələrində Roma ilə Bakı arasında tərəfdaşlığın möhkəmləndirilməsinə həsr olunub.

 

"İtaliyanın Baş naziri Corcia Meloninin gözlənilən səfərinə hazırlıq və yanvar ayında imzalanmış Fəaliyyət Planı çərçivəsində geniş müzakirələr aparılıb", - deyə paylaşımda vurğulanıb.

#xi̇n #azərbaycan #i̇taliya #əmirbəyov
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər